Prezident İlham Əliyevdən sərəncam - Dəyişiklik

img

26-04-2017 [18:47]


Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492) aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilib:

"3.2-1. bu Sərəncamın 4.10-cu bəndində nəzərdə tutulan Turizm Reyestrinin aparılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA