26-04-2017 [18:18]
Azərbaycan Təhsil Nazirliyi Kikboksinq Federasiyası ilə layihə həyata keçirir.
Bu barədə Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, bu layihə yeniyetmələri idmana cəlb etmək məqsədi daşıyır:
"Orta məktəblərdə idman zalları açacağıq. Biz çalışırıq ki, onlar üçün şərait yaradılsın. Bir müddət əvvəl yeniyetmələr arasında keçirdiyimiz yarışa 150, maksimum 180 yeniyetmə qatıldı. Bu il isə 1000 nəfər uşaq respublika çempionatına qatılıb. Bu o deməkdir ki, çağırışda hərbi xidmətə 1000 nəfər çevik, hazırlıqlı əsgər gedir. Hesab edirəm ki, bu il respublika çempionatına 1000 nəfər uşaq qatılıbsa, gələn il 3000-5000 arası olacaq. Mən məktəblərdəki bu cür tədbirlərlə buna nail olacağam. Məktəblərdə uşaqlara seminar keçəndə müşahidə edirəm ki, onların hamısı görmək, eşitmək istəyir. Mən məktəblərdən əvvəl institutlarda tələbələrlə görüşdüm. Universitet tələbələrinin vaxtı olmur. Onlar həm oxuyur, həm də valideynlərinə kömək etmək üçün işləmək istəyirlərlər. Ona görə də bu, universitet tələbələri arasında bir o qədər effekt vermir. Bu layihə məktəblilər arasında daha çox effektlidir. Uşağa əzəldən idman aşılasan, o idmançı əhval-ruhiyyəsində böyüyəcək. Onun üçün də bu, çox böyük əhəmiyyətli işdir”.
A.Əliyev bu layihəyə əngəllərin olacağını istisna etməyib: "Problem yaratmasalar, bu layihə ilə bütün Azərbaycanı əhatə edəcəyəm. Artıq elan da vermişik. Bu gün yaxşı idmançını şamla axtarırlar. Çünki bunun qonorarı, mükafatlandırılması var. Bu uşaqla bərabər onun müəllimi üçün də önəmlidir. Artıq 4 məktəbdə seminar keçirmişik. Bunu daha da genişləndirəcəyik”.
Deputat məktəblərdə kikboksinq dərsləri keçən müəllimlərin əmək haqlarını Kikboksinq Federasiyasının ödəyəcəyini bildirib:
"Müəllimlərin əmək haqlarını hələlik federasiya ödəyəyək. Qeydiyyat başlayıb, sentyabrdan fəaliyyət göstərməyə başlayacaq. Müəyyən qisim uşaqlar üçün pulsuz olacaq, müəyyən uşaqlar isə cüzi ödəniş edəcək. Məsələn, kənarda aya 50, 100 manata idman salonlarına gedirlərsə, burada simvolik olaraq 30 manat ödəyəcəklər. Bu da müəllimlər, zal və digər xərclərə sərf olunmağa bəs edəcək.
Artıq məktəblərdə bizim görüşlər çox böyük həvəslə qarşılanır. Biz düşünürük ki, birdən məktəbdə görüşümüz narahatlıq yaradar. Amma görürük ki, həm Təhsil Nazirliyi, həm də məktəblər bu görüşləri keçirməyimizi istəyirlər.
Mən öz seçildiyim ərazidəki məktəblərə tanınmış idmançıları, olimpiya və paralimpiya çempionlarını, qazilərimizi aparıram. Bu, çox yaxşı effekt verir. Bu, başqa məktəblərdə də olsa, daha yaxşı olar. Məqsədim odur ki, bütün federasiyalar kütləviliyi təmin etməlidir. Prezident İlham Əliyev də həmişə deyir ki, bu cür işlərdə kütləvilik olsun. Əvvəla uşaqlar cinayətkarlıqdan, narkomaniyadan, internet klublardan, qəlyanxanalardan yığışırlar, ikincisi, orduya sağlam əsgər yetişir, üçüncüsü, beynəlxalq arenada daha çox idmançı təmsil edilir. Hər federasiya öz işi ilə səmərəli məşğul olmalıdır. Mən saxta federasiyaların qarşısını almaqdan yorulmuşam”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi