26-04-2017 [16:52]
Son vaxtlar psixotrop və güclü təsir edici tərkibli dərmanların satışını həyata keçirmək istəyən sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə ölkə mediasında yazılara tez-tez rast gəlinir. Xüsusilə də lisenziya verən dövlət qurumlarının hələ də maneçilik törətdiyi vurğulanır.
Hətta Milli Məclisin aprelin 25-də keçirilən iclasında bir neçə deputat psixotrop maddələrin satışını həyata keçirən apteklərin sayının məhdud olmasından narazılığını ifadə edib. Onlar iddia edib ki, bir sıra apteklər müvafiq qurumlara xüsusi icazə üçünmüraciət etsələr də, 1 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də icazə ala bilməyiblər.
Aptek rəhbərləri bu barədətamam fərqli düşünürlər.
"Avromed” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əzizə Baxşiyeva bildirib ki, bununla bağlı söylənilən fikirlər tam əsassızdır:
"Psixotrop və güclü təsir edici tərkibli dərmanların satışı ilə bağlı lisenziya almaqda heç bir problem yoxdur. Sadəcə,bunun üçün ilk növbədə Səhiyyə Nazirliyinə müraciət olunur.
Nazirlik isə həmin müraciət edənin göstəricilərinin tələblərə uyğun olub olmadığını yoxlayır. Əgər onların imkanları müvafiq qaydalara uyğundursa, bundan sonra həmin sənədlərə Səhiyyə Nazirliyi müsbət rəy verir və Daxili İşlər Nazirliyinə göndərilir.
DİN bütün sənədlərin qaydasında olduğuna əmin olduqdan sonra belə tərkibli dərmanların satışına icazə verir.Burda hansısa maneədən söhbət gedə bilməz”.
"MərkəziAptek”-2008 MMC-nin direktoru Fuad Qasımov hazırda bu sahədə heç bir problem olmadığını bildirib:
"Lisenziya verilərkən həmin şəxsin kimliyi, əvvəllər məhkum olub-olmadığı, həmçinin tibbi təhsili yoxlanılır. Biri dülgərdir, biri çilingərdir, gedib aptek açıb lisenziya tələb edirlər. Lisenziya almaq üçün şəxs mütləq tibbi təhsilli olmalıdır”.
F. Qasımov deyib ki, Azərbaycandavaxtlar psixotrop və güclü təsir edici tərkibli dərmanlarınsatışı üçün lisenziya alan ilk şəxsdir:
"Mən, eləcə də aptekdə çalışan işçilərimiz ali təhsillidir. Hər şey qanun çərçivəsində olmalıdır.
Yəqin ki, deputatlara yanlış məlumat verilib. Lisenziya almaq üçün 7 instansiyadan keçilməlidir. Sonuncu Narkotiklərlə Mübarizə İdarəsidir ki, onlar da bütün sənədlər qaydasında olan zaman heç bir çətinlik yaratmırlar. Sadəcə tələb edilən sənədlər qaydasında olmalıdır. Sənədləri yerində olmayan, amma lisenziya almaq istəyən apteklər isə qanunsuz olaraq psixotrop maddələrin satışı ilə məşğuldurlar.
Prosedur elədir ki, bütün sənədləri toplayıb Səhiyyə Nazirliyiniə müraciət edirsən. Lisenziya almaq istəyənlərin göstəriciləri Səhəyyə Nazirliyinın, eləcə də qanunvericiliyin tələb etdiyi bütün şərtlərə uyğun gəlməlidir. Bundan sonra nazirlik müsbət rəy verir. Sonuncu müraciət edilən qurum isə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsidir ki, məhzpsixotrop və güclü təsir edici tərkibli dərmanların satışı üçün lisenziyanı bu qurm verir. Bütün sənədlər və texniki göstəricilər qaydasında olduqda, heç bir problemsizDaxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsi lisenziya verir”.
"Loğman” farm MMC-nin rəhbəri Hamlet Mehdizadə isə lisenziyaların daimi olması ilə bağlı qərarı xüsusi vurğulayıb:
"Biz hər dəfə əziyyət çəkib sənəd toplayırdıq, indi bu məsələ tamamilə həll edilib. Psixotrop maddələrin satışına gəldikdə, bu sahədə heç bir problem yoxdur. Tələb olunan sənədlər yerində olduqda Səhiyyə Nazirliyinə, oradan keçdikdən sonra Daxili İşlər Nazirliyinə müraciət olunur. Əlavə rüsum tələb olunmur, hansısa çətinlik yaradılmır. Nəzərə almaq lazımdır ki, psixotrop maddələr hər xəstəyə təyin edilmir. Ona görə də satışın bütün apteklərə həvalə edilməsi düzgün olmaz.
Digər tərəfdən, psixotrop maddələrin satışı üçün aptekdə yer olmalıdır. Bunun üçün 10 kvadratmetr tələb edilir. Əgər aptekin sahəsi 35 kvadratmetrdirsə, təbii ki, orada psixotrop maddələrin satışı həyata keçirilə bilməz. Bundan başqa, aptek daim polis mühafizəsində, qapı-pəncərəsi dəmir barmaqlıqlı olmalıdır. Mən 4 gün əvvəl müraciət etmişəm, bu gün gedib 2 aptek üçün rəy alacağam. Bu, mənim dövriyyəmə uyğundur. Mənə lazım deyil ki, bütün apteklərimdə psixotrop maddələr satılsın. Psixotrop maddələrin hər rayonda bir yerdə olması kifayət edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi