Büdcədən 895 min yayındırmaq istədilər - Gömrükçülər aşkarladı

img

26-04-2017 [14:14]


895 min manatdan artıq vəsaitin büdcədən yayındırılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində, aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1438404 ABŞ dolları (2488440 AZN) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895000 manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA