26-04-2017 [13:19]
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın daha bir səlahiyyəti əlindən alınır. Bununla bağlı məsələ "Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Belə ki, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır.
Xatırladaq ki, hazırda qüvvədə olan maddə aşağıdakı kimidir: "Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir. 49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir". Bu da o deməkdir ki, Mərkəzi Bank bundan sonra kredit təşkilatlarına məqsədli kredit verə bilməyəcək. Bu səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Plaatası həyata keçirəcək. Layihə səsə qoyularaq qəbul edilib.

Bu və ya digər dəyişikliklərlə bağlı fikirləri mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu dəyişikliklərin heç bir əhmiyyətinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, məmurlar məliyyə sistemini elə vəziyyətə salıblar ki, onu normal hala gətirmək elə də asan məsələ deyil:
«Bir səlahiyyəti ondan alıb buna verməklə problemi həll etmək mümkün deyil. Bütün bunlar kadrların yerində olmamasın nəticəsində yaranıb. Hesab edirəm ki, Nazirlər Kabineti adlanan, amma əslində "qocalar evi” olan struktur bütövlükdə istefaya getməlidir. Bu "qocalar evi” tam tərkibdə istefaya getməyincə, nə sosial, nə siyasi, nə də iqtisadi islahat aparmaq mümkün olacaq.
Məlumdur ki, indi məmurlar arasında rəqabət gedir. Hərə bir tərəfdə çalışır ki, öz səlahiyyəti daha çox olsun. Bu adamlar normal işləmək əvəzinə, belə mənasız rəqabətə başlayıblar və bunun da zərbələri Azərbaycan xalqına dəyir. Bu məsələlərlə bağlı qəti qərar verilməlidir, hökumət buraxılmalıdır, mütərəqqi düşüncəli şəxslər önə çəkilməlidir. Yeni formalaşan hökumət köklü islahatlara başlamalı, ciddi dəyişikliklərə imza atmalıdır. Nə qədər ki, sovet təfəkkürlü, köhnə sistemin adamları bu komanda da olacaq, onlarla irəliyə yox, geri gedəcəyik. Ona görə də hər zaman deyirəm ki, Azərbaycanı bu günə salan qocalar evinin başında dayanan insanlardır.
Partiya sədri maliyyə naziri ilə bağlı sərt fikirlər də səsləndirib: «Samir Şərifov xaricdə olanda bəzi dairələrin nümayəndələri ona demişdilər ki, sən yaxşı islahatçısan, səndən yaxşı prezident olar. Onun da ağlına batmışdı. Fərhad Əliyev kimi o da prezident olmaq sevdasına düşmüşdü. Ona tapşırıq veriblər ki, elə et ki, narazılıq artsın. Ölkədə böyük iğtişaşlar başlasın, ondan sonra biz səni hakimiyyətə gətirəcəyik. Bu səbəbdən də Samir Şərifov bütün gücü ilə ölkədə narazılığın daha da artmasına çalışır. Öz işisini Beynəlxalq Banka rəhbər qoydu, Cahangir Hacıyevdən sonra o da qısa müddətdə dollarları «qara bazara» ötürüb milyonlar qazandı.
Sözüm odur ki, Samir Şərifov Azərbaycan maliyyə sektorunu çökdürən əsas şəxslərdəndir. Hesab edirəm ki, Samir Şərifov və onun komandasının əsas üzvləri həbs edilməlidir. Bu cür sərt qərarlar verilməyincə, maliyyə sektorunda problemlər həll olunmayacaq.
Bilirsiniz, ən pisi odur ki, hakim komandadakıların hamısı bir-biri ilə qohumdurlar. Elə bu səbəbdən də hamı bir-birinin paxırının üstünü örtür, ara yerdə zərbə xalqa dəyir».
Onu da nəzərə çatdıraq ki, son dövrlər ölkə başçısı ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsi üçün bir sıra addımlar atır. H.Hacıyev deyir ki, Prezidentin bu istiqamətdəki səyləri göz önündədir.
«Prezident çevik qərarlar qəbul edir. Amma onun qərarlarını sabotaj edən məmurlar var. Nə qədər yaxşı qanun qəbul eləsən də, onu kadr həyata keçirir. Azərbaycanda əsas problem budur. Ölkənin maliyyə, bank, kənd təsərrüfatı sahəsini bərbad vəziyyətə salan adamlardan nə gözləmək olar axı? Ona görə də hesab edirəm ki, xəyanətkarları komandadan uzaqlaşdırmaq lazımdır. Yalnız ondan sonra nəyəsə nail olmaq mümkündür», - deyə müsahibimiz fikrini tamamlayıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi