25-04-2017 [19:47]
Aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri "SOCAR Traiding" olan "ElectroGas Malta" şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimi keçirilib.
Mia.az "Report"a istinadən xəbər verir ki, SOCAR LNG (maye təbii qaz) şəklində Maltaya, yeni elektrik stansiyasına qaz tədarük etməklə, eləcə də onu "Enemalta" dövlət enerji şirkətinə satmaqla ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaradıb. Tədbir də məhz buna həsr olunub.
Tədbirin birinci hissəsində Maltanın Baş naziri Cozef Muskat rəsmi şəxslər, eləcə də Marsaşlokk sakinlərinin müşayiəti ilə mazutla çalışan "Delimara-1" stansiyasının istismardan çıxarılması ilə bağlı rəsmi mərasim keçirib. Çıxışı zamanı C.Muskat səhmdarlar - "SOCAR Trading", "SiemensPV" və "GEMHolding" şirkətlərinin dəstəyi ilə "ElectroGas Malta"nın gördüyü gərgin işlərin elektrik enerjisi qiymətlərini 25%, atmosferə zəhərli tullantıların miqdarını isə 90% azaltmağa imkan yaratdığını bildirib.
Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyəti də iştirak edib.
Malta rəsmiləri ilə görüş zamanı R.Abdullayev ölkədə yeni qaz dövrünün başlaması münasibətilə qarşı tərəfə təbriklərini çatdırıb, belə böyük layihənin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına görə minnətdarlığını bildirib və SOCAR-ın bu ölkədə uzun müddət fəaliyyət göstərmək niyyətində olduğunu vurğulayıb.
Açılış mərasimi ilə əlaqədar rəngarəng tədbir keçirilib, rəsmi şəxslər çıxış ediblər.
Xatırladaq ki, "SOCAR Trading" şirkəti "ElectroGas Malta" konsorsiumunun bir hissəsi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olub. "Siemens" və yerli GEM investisiya şirkəti ilə tərəfdaşlıq şəklində "SOCAR Trading" dəyəri 500 mln. avrodan çox olan və 210 MVt gücə malik yeni elektrik stansiyasının və adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya edib. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılıb və 2017-ci ilin yanvarında işlər yekunlaşıb.
2017-ci ilin yanvar ayında həmçinin LNG-nin ilk partiyası tədarük olunub. Qeyd edək ki, layihənin eksklüziv LNG təchizatçısı "SOCAR Trading" şirkətidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi