MSK Avropa Şurasının Venesiya Komissiyası ilə seminar-treninq keçirəcək

img

05-07-2010 [04:00]


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı maarifləndimə tədbirlərini davam etdirir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi ilə əlaqədar növbəti tədbiri iyulun 7-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirəcək. Dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün nəzərdə tutlan treninqlər şikayət və müraciətlərə baxılması məsələlərinə həsr olunub. Seminar-treninq iyulun 7-də saat 10.00-da Hyatt Regency otelinin ?Quba? konfrans zalında olacaq. Tədbir iki gün davam edəcək. Treninqlər Mərkəzi Seçki Komisiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA