24-04-2017 [15:52]
"Belə bir hal olub ki, general həbs olunub, ancaq rütbədən məhrum edilməyib”.
Mia.az xəbər verir ki, bu fikirləri unikal.org-a hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.
O, qeyd edib ki, general yalnız məhkəmə qərarı ilə rütbədən azad edilə bilər: "Mən bu zamana qədər nadir hallarda şahidi olmuşam ki, işdən azad olunub məsuliyyətə cəlb edilən generalın rütbəsini alınsın. Bəzən olur ki, birinci instansiya məhkəməsi rübtəsini almır. Çünki apelyasiya məhkəməsi həmin generalın və ya digər rütbəli şəxsin iddiasını təmin edə bilər və bundan sonra rütbənin bərpası qəliz məsələdir. Generalın rütbədən məhrum edilməsi onun hansı cinayət əməlini törətməsindən asılıdır. Elə olub ki, rütbəli şəxs həbs olunub, sonradan azad edilib. Ancaq rütbədən məhrum edilməyib”.
Həbsdə olan MTN polkovniklərinin və generallarının rütbəsinin alınmasına gəlincə, Ü.Cəfərov qeyd edib ki, bu, məhəmə qərarı olmadan mümkün deyil:
"Düzdür, onlara qarşı ağır ittihamlar irəli sürülüb. Ancaq rübtədən məhrum edilmələri məhkəmə qərarından asıldır. Misalçün, Zakir Nəsirov məsələsinə diqqət edək. O, ömürlük həbs olunmuşdu. Sonradan məlum oldu ki, günahsızdır. Amma 15 il heç nədən həbs yatmışdı. Prezident onun ömürlük həbsini 20 illə əvəzlədi. 15 ildən çox həbsdə qaldığına görə məhkəmə onu azadlığa buraxdı. Belə çıxır ki, bu insanı heç nədən həbs ediblər. Bəzən bizim hakimlər özbaşınalıq edirlər. Sonradan məlum olur ki, insan heç nədən cəza alıb.
Mən özüm 2007-ci ildə başıma gətirilənləri 8 il heç kimə sübut edə bilmədim. Ondan sonra iş getdi çıxdı Avropa Məhkəməsinə. 8 il sonra Avropa Məhəməsi mənim hüququmu tanıdı. Hələ də bu iş Yasamal Prokurorluğunda açıqdır. Yaxın günlərdə o məsələni yenidən gündəmə gətirəcəyəm. Necə olur ki, mənə qarşı sui-qəsd edənlər hələ də azadlıqdadırlar?”.
Ehtiyyatda olan polkovnik-leytenant bununla bağlı statistikanın aparılmasının vacib olduğunu vurğulayıb:
"Məhkum olanları və bəraət alanları hesablamaq lazımdır. Konkret olaraq bununla bağlı nə isə deyə bilmərəm. Bunu hesablamaq uzun prosedir. Əslində belə bir statistika aparılmalıdır. Vaxtilə general Elbrus Orucov həbs olunmudşu. Amma sonradan nazirliyə qaytarılaraq vəzifəyə təyin edildi. Bu yaxınlara qədər də xidmətdə idi. Bizdə bir dəfə general prezident tərəfindən rütbəsindən məhrum edilib. O da Çingiz Şəfiyevdir. Daha doğrusu rütbəsi bir pillə aşağı salınıb. Səhv etmirəmsə, bu gün də Azərbaycan Silahlı Qüvvələrində xidmətdədir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi