24-04-2017 [10:30]
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, "Əmanətlərin sığortalanması haqqında" qanunun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda deyilir. Fond yuxarıda qeyd ediləni misalda izah edib. Məsələn, , əmanətçinin Fonda üzv olan "AAA" və "XXX" bankının hər birində 20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda "AAA" bankı "XXX" bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə "XXX" bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək.
Qeyd edilən misal, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan "Əmanətlərin tam sığortalanması" haqqında qanunun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün "Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında" qanunun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.
Misal olaraq, əmanətçinin Fonda üzv olan "AAA" və "XXX" bankının hər birində 100 min manat məbləğində qorunan əmanəti var. "AAA" bankı "XXX" bankına qoşulmaqla ləğv edilir. "Əmanətlərin tam sığortalanması" haqqında qanunun qüvvədə olma müddəti ərzində "XXX" bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə hər bir əmanət müqaviləsi üzrə 100 min manat olmaqla ümumilikdə 200 min manat məbləğində kompensasiya ödəniləcək.
Xatırladaq ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.
Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.
Həmçinin, "AtaBank" və "CDB Bank" tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi