Sabah Bakıda havanın hərarəti 40 dərəcəyə qədər yüksələcək, bəzi yerlərdə 42 dərəcə isti olacaq

img

05-07-2010 [12:45]


Yaxın üç gündə ölkə ərazisində isti hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah günəşli hava müşahidə ediləcək. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26?, gündüz 35-38?, bəzi yerlərdə 40?. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29? isti olacaq. İyulun 7-də günəşli hava proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək,gündüz arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 24-27?, gündüz 35-39? təşkil edəcək. İyulun 8-də də günəşli hava proqnozlaşdırılır. Şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26?, gündüz 35-39? olacaq. Azərbaycanın rayonlarında iyulun 6-da yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26?, gündüz 35-40?, bəzi yerlərdə 42?,dağlarda gecə 15-20?, gündüz 28-33? çatacaq. İyulun 7-8-də havanın əsasən yağmursuz keçəçəyi ehtimal edilir. Lakin 8-də gecə və axşam bəzi şimal rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26?, gündüz 36-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 15-20?, gündüz 29-34? olacaq. Yaxın 2 gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, isti və rütubətli hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA