Səttar Mehbalıyev: ?41 dərəcə istidə izlər dayandırılmalıdır?

img

05-07-2010 [12:17]


?Azərbaycanda tikinti sektorunda işçilərin istirahətinə, onların yemək təminatına fikir verilmir və günün altında işləyirlər. Halbuki 41 dərəcə istidə işlər dayandırılmalıdır, işçilər sərinləşdirici yerlərdə işləməlidir, onlara sərin su verilməlidir?. Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, heç bir halda 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir. Konfederasiya rəhbəri iş yerlərində bu tələblərə əməl olunmadığını da vurğulayıb. Onun sözlərinə görə, bəzi qapalı yerlərdə, sərinləşdirici sexlərdə iş prosesinin davam etdirilməsi mümkündür, amma çöl şəraitində də işçilərin istidən əziyyət çəkməməsi üçün zəruri tədbirlər görülməlidir. S.Mehbalıyev yol tikintisi ilə məşğul olan təşkilatlarda da isti yaya güelərində işçilər üçün lazımi şəraitin yaradılmamasından danışıb: ?Yay günlərində Ən çox əziyyət çəkənlərdən biri də asfalt çəkənlərdir. Bir tərəfdən 40 dərəcə isti, digər tərəfdən isə asfaltın özünün 30 dərəcə istisi işçilərin sağlamlığında problemlər yarada bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA