22-04-2017 [14:51]
AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olub. Sikkələrdən birinin təsviri Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən institutun elektron ünvanına göndərilib. Sikkənin fotosuna baxış keçirilərkən, onun avers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyən edilib.
Bu barədə Mia.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutdan məlumat verilib.
Billdirilib ki, institutun rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev rayona ezam ediliblər:
"Qızılkənd kənd sakini Həsənov Etiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevə təhvil verib.
Dəfinənin aşkar edildiyi yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyən ediblər".
Qeyd edək ki, antik dövrə aid sikkə dəfinələri bundan qabaq 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-ci ildə Qəbələdə və 1972-ci ildə Ağsu (Nüydi kəndi) rayonu ərazisində aşkar edilmişlər. Adı qeyd edilən dəfinələrdən fərqli olaraq, İmişli dəfinəsi yalnız Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.
Hal-hazırda dəfinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsində tədqiq edilir. Yaxın zamanlarda dəfinənin aşkar edildiyi ərazidə arxeoloji tədqiqat işlərinə start veriləcək.


Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi