05-07-2010 [11:42]
Xətai rayon Mərkəzi Kitabxanasında Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ?Qaradağ-sement? ASC ilə birgə maliyyələşdirdyi ?İnfeksion xəstəliklərlə mübarizədə əhalinin sanitar-gigiyenik savadlandırma və maarifləndirmə işi? layihəsi çərçivəsində ?Yoluxucu xəstəliklərin anlayışı və onun profilaktikası? adlı dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi sədrinin müavini Elman Cəfərli 3 ay davam etməsi nəzərdə tutulan layihə çərçivəsində Bakı və Xaçmaz şəhərlərində dəyirmi masalar keşiriləcək, ictimai kontank yerlərində monitorinqlər aparılacaq, əhali yoluxucu xəstəliklərlə bağlı maarifləndiriləcək. HDİM sədrinin müavini son illər yoluxucu xəstəliklərin sürətlə yayıldığını, bəşəriyyət üçün təhlükəyə çevrildiyini dedi: ?İnfeksion xəstəliklər və onların törətdikləri epidemiyalar təbiətin idarəolunmayan hadisələridir. Malyariya, difteriya poliomielit, qızılca, məxmərək, tetanus, göy öskürək, sarılıq, bağırsaq infeksiyaları və digər infeksion xəstəliklər yüksək ölüm faizləri yaradıb, yaxud da insanlara ömürlük xroniki fəsadlar ?bəxş edib. Son zamanlar bütün dünyada, o cümlədən Azərbaycanda mədə-bağırsaq və parazitar xəstəliklərin kifayət qədər artımı müşahidə edilir. Bunu statistik rəqəmlər də, beynəlxalq səhiyyə qurumları da, Tibb Universitetinin klinik kafedralarında işləyən əməkdaşları da, elə sıravi həkimlər də qeyd edirlər. Əksər ölkələrdə müasir tibbi avadanlıqların və müasir klinikaların mövcud olduğu bir vaxtda mədə-bağırsaq və parazitar xəstəliklərin sürətli artımı həyəcan doğurmaya bilməz. Müasir dərman preparatları, tibbi avadanlıqlar və peşəkar həkimlər bu gün kifayət qədərdir, lakin dünyada, eləcə də ölkəmizdə həmin xəstəliklər durmadan artır. Mütəxəssislərin fikrincə, bunun səbəbi keyfiyyətsiz və qeyri-rasional qidalanma, genetik modifikasiya olunmuş ərzaq məhsullarından ifrat istifadə, çox və ya az qidalanma, qida məhsullarının hazırlanmasında, daşınmasında, saxlanmasında baş verən ciddi nöqsanlar, hazır yeməklərin hazırlanmasında sanitar-epidemioloji qayda və normalara əməl olunmaması və ayaqüstü ?təcili yemək?lərin (hamburger, şaurma, dönər, pizza, hot-doq) və s. istehlak olunmasıdır?. E. Cəfərli qeyd etdi ki, təhlükənin önlənməsi üşün gənclər arasında yoluxucu xəstəliklər barədə maarifləndirmə işlərinin və profilaktiki tədbirlərin görülməli, ictimaiyyət infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına və azaldılmasına cəlb olunmalı, orta və ali məktəblərdə və digər ictimai kompakt yerlərdə, epidemik riskli iş yerlərində maarifləndirmə işlərinin aparılmalı, Bakıda və infeksion xəstəliklərin yayılma riski böyük olan regionlarda ictimai savadlandırma tədbirlərinin keçirilməlidir.
Əzizbəyov rayon Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Faiq Məmmədli infeksion xəstəliklərin yayılmasının artıq təhlükəli hal olduğunu bildirdi. Onun sözlərinə görə, heyvan mənşəli qidalardan və ?təcili yemək?lərdən çox istifadə bağırsaqların işinin ləngiməsinə, nəticədə toksinlərlə zəngin qidanın orqanizmdə uzun müddət qalmasına və beləliklə də disbakteriozə və qara ciyərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bir neçə dəqiqəyə odda hazırlanan dönərləri əhali, ən çox isə gənclər (məktəblilər və tələbələr istehlakçılar arasında üstünlük təşkil edir) alırlar. Çox vaxt onlar bunun sağlamlığa zərərli olduğunun fərqinə varmayaraq istehlak edirlər.
?Tədqiqatlar nəticəsində sübut olunub ki, mədə və onikibarmaq bağırsağın iltihabı və xora xəstəliklərinin törədiciləri mikroblardır. Sosial stresslər və psixo- emosional amillər bu xəstəliklərin yaranmasına ?kömək? edir?. F.Məmmədlinin fikrincə, infeksiya və epidemiyalar bütün bəşəriyyət üçün təhlükəlidir. ?Quş qripi?, ?atilik pnevmoniya?, ?dəli dana?, QİÇS, sifilis, vərəm hansı ölkədə baş verməsindən asılı olmayaraq bütün dünyada epidemiya şəklini ala bilər. Təhlükə o qədər böyüyüb ki, ?Böyük səkkizlər?in 2006-cı ildə Sankt-Peterburqda keçirilən sammitində infeksion xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı qərarlar qəbul olunmuşdur. Bu onu göstərir ki, həkimlərlə yanaşı dövlət başçıları da yoluxucu xəstəliklər kabusunun bəşəriyyəti təhdid etdiyini fərqindədirlər. F.Məmmədli deyib ki, normalölkələrdə infeksion xəstəliklərin müalicəsi dövlət hesabına həyata keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünya üzrə xərçəng xəstəliyinin 15-20 faizi məhz xroniki infeksion xəstəliklər olan "C" və "B" hepatiti nəticəsində əmələ gəlir. ÜST-ün açıqlamasına görə, 90-cı illərdə dünya üzrə 1 milyondan artıq uşaq qızılca xəstəliyindən ölüb, hər il 3 milyon, o cümlədən 300 min uşaq vərəm xəstəliyindən ölüb, 1992-1995-ci illərdə malyariya xəstəliyi 20 mindən 200 minədək artıb (ən çox da Türkiyə, Tacikistan və Azərbaycanda), hər 100 000 nəfərə 300-600 məxmərəklə xəstələnmə halı düşür, 1994-cü ildə dünya üzrə 40 milyon göyöskürək xəstəsi və bu xəstəliklə əlaqədar 360 000 ölüm hadisəsi qeydə alınıb: hazırda dünyada 500 milyon əhali "hepatit C" virusuna, 33,6 milyon əhali AIDS (QİÇS)-lə yoluxub. AİDS-dən ölənlərin sayı BMT-nin məlumatına görə, 16,3 milyondur, onlardan 3,6 milyonunu 15 yaşına qədər uşaqlar təşkil edir.
İnfeksion xəstəliklərin əsasən Azərbaycanın iri şəhərlərində ictimai nəqliyyatda, təhsil müəssisələrində, iri istehsal və sənaye obyektlərində yayıldığını deyən 6 saylı poliklinikanın həkimi Zəlimxan Məmmədli bildirib ki, xəstəliklərin yayılmasının əsas səbəbi düzgün qidalanmama, sanitar-gigiyenik qaydalara əməl olunmamadır. İnfeksion xəstəlikləri atom silahından daha təhlükəli olduğunu deyən Z.Məmmədli bildirib ki, hazırda infeksion xəstəliklərdən ən çox yayılanı Hepapit C-dir. Z.Məmmədli bildirib ki, tatiurovka salonları, bərbərxanalar, şəraiti olmayan stamotoloq kabinetləri bu xəstəliyin yayılma mənbələridir.