Təhsil Nazirliyi ilə Təhsil izçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsi arasında yeni kollektiv saziz imzalanıb

img

05-07-2010 [11:34]


Bu gün Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2010-2013-cü illər üçün yeni Kollektiv Saziş imzalanıb. Sənədi təhsil naziri Misir Mərdanov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev imzalayıb. Səttar Mehbalıyev deyib ki, təhsil işçiləri üçün zəruri əmək, sosial-iqtisadi şəraitin yaradılması, təhsil müəssisələrinin, təşkilatların stabil, effektli fəaliyyətini təmin etmək məqsədilə 1998-ci ildən başlayaraq, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında Kollektiv Saziş imzalanır. M.Mərdanov isə bu sazişi təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə yönəldilən növbəti sənədlərdən biri kimi dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA