21-04-2017 [16:09]
Aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Bakı vaxtrı ilə saat 10.30-dan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.
O prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib.
AXCP sədri saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirlıib.
O dindirilmədən öncə jurnalistlərə bildirib ki, bu işin AXCP-yə aidiyyatı yoxdur:
"Biz bu prosesdə əslində zərərçəkmişik. Çünki bizim təşkilatımızın adından müəyyən saxta sənədlər veriblər. İnternetdə bu saxta sənədləri verənlər barədə çox yazılıb. İstəsələr bizim iştirakımız olmadan da saxta sənədləri verənləri tapa bilərlər. O saxta sənədləri verənlər bizim reputasiyamıza zərbə də vurub. İndi isə bizim başımızı qatmaq istəyirlər. İstəyirlər ki, süni şəkildə bizim adımız bu prosesdə ən azı hallansın. Bu AXCP-yə qarşı növbəti bir mərhələdir”.
Kərimli AXCP adından saxta sənədlər verən şəbəkə ilə bağlı sualın cavabında deyib ki, mən də internetdən oxumuşam ki, belə bir qrup var: "Onlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, əziyyət çəkib sənədləri əslinə belə heç oxşatmayıblar. Nə ekspert olmağa, nə xüsusi bir təhsliə ehtiyac var. İstənilən bir adam, adam kimi adam, oturub o sənədlərə baxsa, görəcək ki, bu saxta sənəddir”.
O istintaqın AXCP-ni zərərçəkmiş kimi tanıması üçün müraciət edəcəyini bildirib. Ə. Kərimlinin saxta sənədlərlə xarici ölkələrdə nə qədər adamın siyasi sığnacaq alması barədə məlumatı yoxdur: "Bizə hansı xarici ölkənin diplomatik idarəsindən, miqrasiya idarəsindən müraciət olunubsa, saxta olanları təsdiq etməmişik. Həqiqətən AXCP üzvü olanlar isə təsdiq olunub”.
O, AXCP üzvlüyünə son zamanlar qəbul olunanlardan üzr istəyib və deyib: "Biz son iki ildə ümumiyyətlə üzvlük vəsiqəsi vermirik”. (Amerikanın səsi)
***
AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxıb və binanın qarşısında jurnalistlərə açıqlama verib.
Binanın qarşısında AXCP liderini çoxlu sayda tərəfdarları gözləyib. Ə.Kərimli təxminən 4 saat idarədə olub, şahid qismində dindirilib.
Ə.Kərimli jurnalistlərə bildirib ki, AXCP adından kimlərəsə saxta sənədlərin verildiyi əslində partiyanın funksionerləri tərəfindən ifşa edilib və sosial şəbəkələrdə ictimailəşdirilib. AXCP bu məsələdə əslində zərərçəkəndir və prokurorluğun istəyi olsa, saxtakarlıq edənləri partiya rəhbərliyini dindirmədən də tapa bilər.
Özünün prokurorluğa ölkədəki iri korrupsiya faktlrı ilə bağlı dəfələrlə müraciət etdiyini yada salan Ə.Kərimli bildirib ki, onun bu müraciətlərini araşdırmayıb, əvəzində onu və partiya funksionerlərini dindirməyə çağırmaq, hakimiyyət mediasının bundan qara piar üçün istifadə etməsi AXCP-yə təzyiqdən başqa bir şey deyil.
AXCP sədri hesab edir ki, bütün bunlar Milli Şuranın 8 aprel mitinqinə hakimiyyətin özünəməxsus cavabıdır. Ə.Kərimli heç bir təzyiq qarşısında mübarizədən çəkilməyəcəklərini bəyan edib.
azadliq.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi