II və III qrup üzrə qəbul imtahanlarının keçiriləcəyi yer və saat açıqlandı - Abituriyentlərin diqqətinə!

img

21-04-2017 [11:49]


Aprelin 30-da dövlət ali təhsil müəssisələrinə II və III qruplar üzrə sənəd verən abituriyentlər buraxılış vərəqəsini çap edə bilər.

Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, artıq hər iki qrup üzrə sənəd verən abituriyentlərin imtahan verəcəyi yerlər açıqlanıb:

"Abituriyenlər harada imtahan verəcəyini bilmək üçün DİM-in rəsmi saytına (DİM.GOV.AZ) daxil olaraq "Bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərə imtahana buraxılış vərəqələrinin verilməsi" qrafasını tıklamaqla,  müvafiq bölməyə keçid edir. 

"Abituriyentin imtahana buraxılış vərəqəsi" səhifəsinə keçid etdikdən sonra isə "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap etmək üçün şəxsi kabinetinizin istifadəçi adını, parolu və kodunu müvafiq sahələrə daxil etdikdən sonra "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni və  "Abituriyentin yaddaş kitabçası"ndan çıxarışı əks etdirən sənəd təsvir olunacaq. 

Bu sənədi çap edin və göstərilən tarix və saatda qeyd olunan imtahan məkanında olun".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA