21-04-2017 [11:22]
Tanınmış iqtisadçı Qulu İbrahmli manatın məzənnəsi ilə bağlı maraqlı açıqlama və təhlillərini bölüşüb.
Mia.az "Cümhuriyət” qəzetinə istinadən həmin təhlili oxucularına təqdim edir:
***
Xüsusən manatın 2015-ci ildəki ikinci kəskin devalvasiyası və ondan sonrakı ucuzlaşması ilə bağlı mənim mövqeyim lap əvvəldən belə olub ki, manatın ucuzlaşması ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) problemi arasında birbaşa əlaqə vardır.
Məhz ABB-nin problemli kreditlərinin Aqrarkreditə ötürülməsi müqabilində Mərkəzi Bankın (AMB) havadan emissiyaya yol verməklə ABB-yə vəsait ayırması, AMB-nin balansında tarazlığın pozulmasına səbəb olur və bu da öz növbəsində manatın inzibati yolla süni ucuzlaşdırılmasını labüd edib. Mövcud olmuş məzənnə rejimi "ABB sindromlu məzənnə rejimi” olub. ABB-nin sağlamlaşdırılması üçün çox yanlış mexanizm müəyyən olundu.
2016-cı ilin ikinci yarısından sonra manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da ABB-yə vəsait ayrılmasının növbəti mərhələsi ilə bağlı olub. Məhz 2017-ci ildən Dövlət Neft Fondundan AMB-yə transfertlər nəzərdə tutulması manatın ABB probleminə görə labüd süni ucuzlaşdırılmasının davam etdirilməsinin qarşısını alıb.
Çox təəssüflər olsun ki, 2017-ci ilin fevral ayından manatın dəyər qazanmasımətbuatda guya dövriyyədə manat qıtlığının olması ilə əlaqələndirilməyə başlanıldı. Halbuki rəsmi monetar statistikadan da görünür ki, pul bazasının əsas tərkibi olan "Dövriyyədə nağd pul" məbləği 2017-ci ilin həm yanvar, həm də fevral ayında 6,5 milyard manat olub ki, bu da son 19 ay ərzində, yəni,2015-ci ilin avqust ayından 2017-ci ilin fevral ayınadək olan dövrdə bütün aylardakından (2016-dekabr istisna olmaqla), həmçinin 2016-ci ilin orta aylıq göstəricisindən (6,1 milyard) yüksək olub. Fevral ayında 6,0 milyard manat olan "Banklardan kənarda nağd pul” və "Banklardakı nağd manat” komponentləri üzrə müqayisə aparsaq, vəziyyət təqribən qeyd etdiyimiz kimidir. Kommersiya banklarının kassasında son 19 ay ərzində hər ay 500-600 milyon manat olub, həmin dövrdə orta aylıq göstərici 572,0 milyon manat təşkil edib. 2017-ci ilin yanvar və fevral aylarında banklarda, müvafiq olaraq, 618,1 və 541,1 milyon manat nağd manat olub.
İqtisadiyyatın kiçilməsini də nəzərə almaq lazımdır. Hesab edirəm ki, dövriyyədə manat qıtlığı və əlavə manat kütləsinin buraxılmasından sonra manatın ucuzlaşacağı ilə bağlı söylənilənlər təbliğata xidmət edir. Kimlərsəya bilərəkdən, ya da bilməyərəkdən bu təbliğata xidmət edir. Ona görə ki, Mərkəzi Bankın havadan emissiya ilə ABB-yə ayrıdığı vəsaitlərdən 6,0 milyard manatı (2016-cı ilin birinci yarısının rəqəmi) və bəlkə də daha çoxu Mərkəzi Banka illik 5%-lə depozit yatırılıb. Azərbaycan Beynəlxalq Bankı bu vəsaiti gələcək aylarda Mərkəzi Bankdakı hesabından çıxara, dövriyyədəki manat kütləsi arta bilər. İndidən ictimai rəy hazırlanır. Manata real təhlükə bu depozitdir.
2016-cı ilin dövlət büdcəsinin icrası ilə Mərkəzi Bankın analitik balansı düz gəlmir
Fizika, kimya elminin araşdırmalar üçün öz laboratoriyaları olduğu kimi, pul siyasətinin də əsas laboratoriyası Mərkəzi Bankın icmal və analitik balansları, pul-kredit statistikasıdır. Məhz balans maddələrinin vəziyyəti və onlarda baş verən dəyişikliklər araşdırılmalıdır. Əks halda, söylənən fikirlərin heç bir elmi əsası olmaz.
Əgər manatın məzənnəsi ilə pul bazası arasında əlaqəni və ümumilikdə yürüdülən pul siyasətini elmi əsaslarla ciddi şəkildə kimsə həqiqətən araşdırıb dərinliklərə baş vursaydı, dərinliklərdən "quru” deyil, müəyyən məsələlərə bulaşıb "yaş” çıxmalıydı. Məsələn, Beynəlxalq Bankın Mərkəzi Banka "yatırdığı” depozitin manatın məzənnəsinə olan təsirlərini görməliydi. Halbuki bu məbləğ, həm Mərkəzi Bankın rəsmi xalis valyuta ehtiyatlarının manat ifadəsində məbləğinə, həm də pul bazasına təqribən bərabərdir. Bu boyda təsiri görməmək olarmı?!2016-cı ilin dövlət büdcəsinin icrası barədə məlumatla, daha doğrusu Neft Fondundan illik edilməli transfertin yarıya qədərinin ilin sonuncu ayında – dekabrda baş verməsi ilə Mərkəzi Bankın analitik balansı arasında uyğunsuzluğu görməli idi, müəyyən şübhələr yaranmalıydı.
Pul bazası barədə Mərkəzi Bankın məlumatı düz deyil
Hesab edirəm ki, Mərkəzi Bankın pul bazası barədə statistikası konseptual baxımdan yanlışdır. Əslində, pul bazası elan olunandan daha çoxdur. Məsələn, Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı hesablarında saxlanılan vergi ödəyicilərinin ƏDV depozit hesabı məbləğləri pul bazasına salınırmı? Halbuki bu məbləğlər də pul bazasına daxil edilməlidir. Beynəlxalq Bankın Mərkəzi Bankdabloklaşdırılan xarici valyutası da dollarla pul bazasına daxil edilməyib. ABB-nin MB-dakı bəhs etdiyim manat depozitinə də, əslində, pul bazası kimi baxmaq lazımdır. Bu vəsaitlərin iqtisadiyyata daxil olma forması fərqlənsə də, emissiya təsirləri dövriyyədəki nağd vəsaitlərlərlə eyni gücə malikdir.Qeyd edilənləri nəzərə alanda görürük ki, MB-ın analitik balansında "Mərkəzi Bankın pulu” tarixində rekord həddə çatıb.
Fevralda manatın məzənnəsi ilə bağlı nə baş verib?
2017-ci ilin 02 fevralında çərşənbə axşamı manat pik həddə ucuzlaşdırılb USD/AZN məzənnəsi 1,9200 manata yüksəldilib və fevralın 16-da (yenə çərşənbə axşamı)ayınən aşağı səviyyəsi olan 1,7296 manata salınıb, növbəti gün isə yenidən manat ucuzlaşdırılmağa (1,7352) başlanıb.
Hesab edirəm ki, bu hal təsadüfi olmayıb. İki həftə ərzində ABB-nin problemli kreditlərinin növbəti hissəsinin ötürülməsinin və ona vəsait ayrılmasının baş verdiyini düşünürəm. Fikrimcə,fevralın 2-də ABB-nin dollarla olan problemli aktivləri ən yüksək məzənnə əsasında (1,92) manatla qiymətləndirilib Aqrarkreditə ötürülüb ki, Mərkəzi Bankdan daha çox vəsait alınsın.Fevralın 15-16-da da Neft Fondundan Mərkəzi Banka valyuta transferti məbləğindən ABB-yə xarici valyuta ödənib. Ona görə də manat həmin gün bahalaşdırılıb ki, daha çox xarici valyuta ödənsin. Fevralın sonrakı günlərində manat yenidən ucuzlaşdırılb.
Hazırda manatın gələcək məzənnəsi "ABB sindromlu məzənnə rejimi”ndən və Beynəlxalq Bankın Mərkəzi Bankdakı depozit hesabındakı məbləğin taleyindən asılıdır. "Təbliğatçılar” bu depozitin indi hansı məbləğdə olduğunu ilk növbədə araşdırıb, sonra proqnozlar versinlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi