Prezident ilham Əliyev Hillari Klintonu qəbul edib

img

04-07-2010 [03:43]


[b]ABŞ dövlət katibi Bakıda gənclər təşkilatlarının nümayəndələri ilə də görüşüb[/b] Bu gün prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonu qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli münasibətlər və sair məsələlər müzakirə olunub. Qeyd edək ki, H. Klinton bu gecə Bakıya gəlib. Bu gün səhər o, Şəhidlər xiyabanında olub."Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Hillari Klinton ?Muğam? klubunda gənclərlə görüşüb. O, gənclərə Birləşmiş Ştatların demokratiya və insan haqları məsələsində prinsiplərinə sadiq qaldığını deyib. Görüşdə bir sıra ictimai təşkilatları təmsil edən gənclər iştirak edib. Görüşün ilk 10 dəqiqəsi mətbuat üçün açıq olub. Toplantıda Hillari Klinton çıxış edib və gənclərin suallarını cavablandırıb. ?O dövlətlər inkişaf edir ki, onlar dialoqa və uyğunlaşmaya hazırdır. Bir dövlət katibi kimi mənim prioritetim demokratiyanı, azadlığı, gəncliyi, o cümlədən ictimai aktivliyi, internet azadlığını dəstəkləməkdir. Yeni texnologiyalar ünsiyyətin xəritəsini dəyişir. İnsanların ünsiyyət texnologiyaları dəyişə bilər, amma ABŞ-ın söz azadlığına münasibəti, prinsiplərə sadiqliyi dəyişmir?-deyə Klinton qeyd edib. Hillari Klinton gənclərə deyib ki, prezident Barak Obama və o Azərbaycanda iki gənc bloqçunun həbsi ilə bağlı çoxlu məktublar alıblar və bu gün Bakıda keçirdiyi əvvəlki görüşlərdə o, bu məsələni qaldırıb. ?Ümid edirəm ki, məhbus bloqçular yaxın vaxtlarda azadlığa buraxılacaqlar?. Bakıdan sonra Klinton İrəvan və Tiflisə səfər edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA