20-04-2017 [16:27]
Bu gün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan muzdlu işçisi olmayan fiziki şəxslərin vahid rüblük hesabatının təqdim etməsinin son günüdür.
Yeni qaydalara əsasən, fiziki şəxslər Dövlət Sosial Müdafiə Fonduna hesabat vermək üçün aldıqları ASAN imza-dan istifadə etməli idilər. Həmin şəxslərdən bir neçəsi "Qafqazinfo”ya müraciət edərək bildirib ki, "ASAN İmza" almaqlarına baxmayaraq bu gün sistemdə problemlə qarşılaşıblar və hesabatlarını təqdim edə bilməyiblər.
"Qafqazinfo” məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə saxlayıb. Şöbə müdiri bildirib ki, 2017-ci il 1 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat sisteminin tətbiqinə başlanılıb və hesabatların verilməsi üçün bütün mümkün imkanlar yaradılıb: "Rüblük hesabatların sığortaedənlər tərəfindən gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə "Elektron hökumət” portalına daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir. İşçisi olan sığortaedənlər bununla bağlı heç bir çətinlikə üzləşməyib. "Belə ki, işçisi olan sığortaedənlərin (həm hüquqi, həm də fiziki şəxslərin) əvvəlcədən Elektron imzası var idi (əgər bu imza olmasaydı onlar əmək müqavilələrini bu müqavilələrin elektron qeydiyyatı sistemində qeydiyyatdan keçirə bilməzdilər) və onların hesabat göndərmək üçün əlavə olaraq elektron imza və ya ASAN imza almalarına ehtiyac yoxdur. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, elektron imzası olan sığortaedənlər öz hesabatlarını rahat və təhlükəsiz şəkildə həmin elektron imza ilə göndərə bilərlər. O ki, qaldı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan muzdlu işçisi olmayan fiziki şəxslərə, onlar üçün başqa imkanlar yaradılıb. Belə şəxslərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün DSMF orqanları tərəfindən onlara verilmiş PİN zərflərdəki istifadəçi adı və şifrəni Elektron hökumət portalında istifadə etmək imkanları verilib. Hesabatları elektron qaydada təqdim edə bilməyən sığortaedənlər rüblük hesabatlarını kağız formasında hazırlayaraq poçt vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına göndərə bilərlər. Bununla yanaşı, sığortaedənlər Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət edə bilərlər. Bununla bağlı KİV vasitəsilə müraciətlər olunmasına baxmayaraq kimlərsə bu məsələ ətrafında süni ajiotaj yaradırlar. Bir daha bəyan edirik ki, hesabatları elektron imza, Asan imza və yaxud ilkin mərhələ üçün Elektron hökumət portalı vasitəsilə istifadəçi adı və şifrəni istifadə etməklə, eləcə də Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət etməklə göndərə bilərlər”.
E. Babayev nəzərə çatdırıb ki, fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması yeni islahat tədbiri olduğu üçün hesabatların bu ayın sonuna kimi təqdim olunması imkanı yaradılıb:"Bildiyiniz kimi hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-indən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına təqdim edilməlidir. 2017-ci il 1 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması yeni islahat tədbiri olduğu üçün hesabatların bu ayın sonuna kimi təqdim olunması imkanı yaradılıb. Bu müddətdə yuxarıda qeyd etdiyimiz vasitələrdən istifadə etməklə hesabatlar təqdim olunmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi