Azərbaycanda bankların sayı 20-dək azalacaq - Ekspertdən xəbərdarlıq

img

20-04-2017 [14:48]


"Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var".

Mia.az bildirir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq:

"Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır.

Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA