Müsavat və DUi-nin mitinqi polis tərəfindən dağıdıldı

img

03-07-2010 [04:53]


Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın (DUİ) Hüseyn Cavid bağında etiraz aksiyası keçirməyə cəhd göstərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya başlamamışdan öncə əraziyə toplaşan polis əməkdaşları aksiyanın qarşısını alıb. Polislər metronun ?Elmlər Akademiyası? stansiyasından çıxan sərnişinləri və dayanacaqlarda avtobus gözləyənləri zorla avtobuslara mindirərək ərazidən uzaqlaşdırırlar. Aksiyada millət vəkili Pənah Hüseyn, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər, deputat Arzu Səmədbəyli də iştirak ediblər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və 20-dən çox aksiya iştirakçısı polis tərəfindən saxlanılıb. Onların hara aparıldığı bilirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA