“Radikal dini qruplar dini təhrif edərək insanları yanlış yola çəkmək istəyirlər” - Komitə sədri

img

20-04-2017 [11:15]


"Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”.

"Report” xəbər verir ki, bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqaətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminarda deyib.

O bildirib ki, həmin radikal qruplar bu sahədəki fəaliyyətlərində elektron nəşr formalarından da istifadə edirlər: "Radikal dini qruplar təhrif olunmuş dini yazıları yaymaq üçün elektron vasitələrdən də istifadə edirlər. Ona görə bu prosesləri diqqətdə saxlayırıq. Ümumiyyətlə, Azərbaycana daxil olan bütün dini resurslar yoxlanılır”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA