Əli Əhmədov YAP-çı tələbələrlə görüzüb

img

03-07-2010 [02:27]


Yeni Azərbaycan Partiyasının (YAP) gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsi bir sıra layihələrin həyata keçirilməsi ilə davam edir. Iyulun 3-də Oğuz şəhərində ?AFRA? oteldə yay istirahət düşərgəsinin iştirakçıları arasında ?Azərbaycanın bu günü və gələcəyi: gəncliyin sözü? mövzusunda maraqlı diskusiya keçirilib. Proqrama uyğun olaraq, Yeni Azərbaycan Partiyasının tələbə gəncləri ilə yay istirahət düşərgəsində YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədovla görüş keçirilib. YAP-ın Sədr müavini tələbələr qarşısında çıxış etmiş, gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və YAP Siyasi Şurasını üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı görüşdə iştirak etmiş, onlara ünvanlanan suallara ətraflı cavab verib. Görüş açıq və səmimi diskusiya şəraitində başa çatmışdır. Yay düşərgəsi iyulun 4-də Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatında keçiriləcək görüşlə başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA