Leyla Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlarla bir arada - FOTOLAR

img

20-04-2017 [01:05]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti tədbir keçirilib.

Bakının 1, 2 və 3 saylı uşaq evlərinin sakinləri, eləcə də daun sindromlu uşaqlar bu dəfə asudə vaxtlarında sevimli "Smurfiki” animasiya filmini izləyiblər.

"CinemaPlus”da təşkil olunan nümayiş zamanı Leyla Əliyeva uşaqlarla görüşüb, onlarla birgə foto çəkdirib.

Filmi maraqla qarşılayan uşaqlara, həmçinin "Smurfiki” filminə aid müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olur.
 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA