19-04-2017 [20:52]
Aprelin 13-də Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Beşiktaş”la Fransanın "Lion” komandası arasındakı qarşılaşmaya az qalmış tribunada yaşanan kütləvi dava haqda UEFA bu gün rəsmi qərarını açıqlayıb.
Mia.az xəbər verir ki, UEFA-nın qərarına əsasən, əgər iki il müddətində hər iki komandanın oyununda yenidən belə dava baş verərsə, meydana fişəng və ya başqa cismlər atılarsa, o zaman hər iki klub bir il beynəlxalq yarışlardan uzaqlaşdırılacaq.
Mia.az xəbər verir ki, UEFA-nın qərarına "Beşiktaş" dərhal reaksiya verib: "Klub olaraq bu qərara cümə günü rəsmi etiraz edəcəyik. Bizimçün qəbuledilməz qərardır".
Türk mütəxəssislər isə əsl cəzalandırlmallı olan "Lion" klubunun olduğunu bildirirlər:
"Onlar təhlükəsizliyə cavabdeh idi. Üstəlik, olayı çıxaran Fransızlar idi. Ona görə UEFA-nın bu qərarını obyektiv və ədalətli qiymətləndirmək olmaz".
Maraqlıdır ki, hazırda cavab qarşılaşmasına görə Türkiyədə olan "Lion"nun prezidenti UEFA-nın bu qərarını anlayışla qarşıladıqlarını, hər iki komanda üçün məqbul saydığını bəyan edib.
Xatırladaq ki, Fransadakı oyuna az qalmış hər iki komandanın tərəfdarları arasında əlbəyaxa dava olub:
Belə ki, Fransa komandasının azarkeşləri türk azarkeşlərin oturduğu tribunaya doğru səsli bomba atıb. Bunun nəticədə tərəfdarlar arasında qalmaqal yaşanıb, təxminən 2 minə yaxın azarkeş tüstü və dava səbəbindən stadiona axışıb. Təhlükəsizlik qüvvələri davaya müdaxilə edib.
Stadiondan azarkeşlər çıxarılıb, sakitlik bərpa olunsa da, UEFA oyunu vaxtında başlamasına icazə verməmişdi.
Həmin oyun düz 45 dəqiqə sonra başlamışdı. "Beşiktaş" səfərdə 2-1 məğlub olmuşdu.Onu da qeyd edək ki, cavab qarşılaşması sabah Türkiyədə baş tutacaq. UEFA-nın bugünkü qərarı göstərir ki, türk klubu təhlükəsizliyi üst səviyyədə saxlamaqla, ağır cəza almasına imkan verməməlidir.
Mia.az


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi