19-04-2017 [13:46]
Türkiyənin baş naziri Binəli Yıldırım CHP-nin referandumun nəticələrinin ləğvi və qarşıdakı dəyişikliklərlə ilə bağlı yeni mesajlar verib.
Mia.az Türkiyə mediasına istinadən bildirir ki, o, seçkinin artıq bitdiyini deyib. Əlavə edib ki, CHP-nin etirazların nə dərəcə haqlı olduğu Yüksək Seçim Kurulunun (MSK) müzakirəsindən sonra xalqa detallı açıqlanacaq:
"Seçki 51.1 faiz "Hə", 48.9 faizlə "Yox" səsiylə yekunlaşıb, bitib. Xalqın qərarı dəqiqdir, dəyişməzdir. "Hə" və ya "Yox" deyən bütün vətəndaşlarımız və onların qərarı başımızın tacıdır. Ona görə də hesab edirəm, CHP-nin etirazı mənasızdır. Yenə də MSK bu etirazı dəyərləndirib, nəticəsini xalqla paylaşacaq".
Baş nazir bildirib ki, artıq önə baxmaq lazımdır: "Terrorla mübarizəmiz əzim və qərarlıqla sürür. Referendumla sistemdə baş verəcək dəyişikliklərinin üzərində görüləcək çox işlər var. Diqqətimizi bunlara istiqamətləndirməliyik. Bunlar ölkə məsələsidir, ona görə bütün siyasi partiyalarla görüşməyimiz gərəkdir".
Yıldırım prezident Ərdoğanın AKP-yə nə vaxt üzv olacağını da münasibət bildirib:
"Ana Yasa dəyişikliyinin 3 maddəsi dərhal qanuni qüvvəyə minib. Digər maddələr isə 2019-dakı seçkiylə qüvvəyə minəcək. O ki qaldı hörmətli prezidentimizin partiyaya üzv olmasına, bu, MSK-nın seçkinin nəticəsini rəsmən elan etməsindən sonra həyata keçiriləcək. Yəni bundan sonra prezident partiyası ilə əlaqələrini rəsmən quracaq"
Baş nazir hakim iqtidar partiyası olan AKP-nin nə vaxt qurultay keçirəcəyinin də anonsunu verib:
"Partiyamız zatən yeni qurultay prosesinə indidən başlayıb. Referendumdakı prosesdən biz də öz payımız aldıq. Düzdür, xalqın bizə güvəni davam edir. Ancaq harada bu güvəni nəyə görə itirdiyimizi dəqiq incələyəcəyik. Bu proses göstərdi ki, AKP-nin bir qan, can dəyişlikliyinə ehtiyacı var və bunu edəcəyik. Bütün bunlar 2018-ci ildə həyata keçiriləcək. 2019-un mart ayında bələdiyyə, 3 sentyabrda isə parlament və prezident seçkilərinə gedərək, sistemi tam yeniləcəyik".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi