“Rixos Quba” oteli Məmmədovların əlindən alınır - İddia

img

19-04-2017 [13:13]


Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun daha bir biznes aktivi əlindən alınıb.

Mia.az-ın Baku.ws-ə istinadən məlumatına görə, Məmmədovların Qubadakı "Rixos Quba” oteli də onların nəzarətindən çıxır. Artıq otelin yeni sahibinə təhvil-təslim edilməsi prosesi yekunlaşmaq üzrədir.

Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçəcəyi bildirilir.

Qeyd edək ki, ümumi sahəsi 946.565 kvadrat metr olan ərazidə tikilən "Rixos Quba Azerbaijan" golf sahəsi, xizək imkanları, rahatlıq və lüksün göz qamaştırdığı otaq, süit və villaları ilə diqqət çəkir. Restoranlar, barlar, SPA və çox daha çox məkanı özündə birləşdirən "Rixos Quba" Azərbaycanda elit və imtiyazlı təbəqə üçün xidmət göstərir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA