19-04-2017 [13:00]
Hər qurulan üç ailədən ikisi çox keçmədən dağılır. Son illər Azərbaycanda boşanmaların sayı kəskin artır. İldən-ilə artan rəqəmlər cəmiyyət üçün təhlükəli tendensiyanın yaranmasından xəbər verir.
Statistika...
2008-ci ildə Azərbaycanda 79 964 nikah və 7 933 boşanma;
2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;
2010-cu ildə 79 172 nikah və 9 061 boşanma;
2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma;
2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma;
2013-cü ildə 86 852 nikah və 11 730 boşanma;
2014-cü ildə 84 912 nikah, 12 088 boşanma;
2015-ci ildə 68985 nikah, 12886 boşanma;
2016-cı ildə isə 13 100 boşanma faktı qeydə alınıb.
Cari ilin iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.
Bu gedişlə ilin sonuna kimi boşanmaların sayının daha da artacağı ehtimal olunur.
Boşanmaların günü-gündən artmasını ekspertlər müxtəlif cür izah edir. Onların fikrincə, buna səbəb ailə quran gənclərin bir-birilə anlaşa bilməməsi, sosial qayğıların artması, sonsuzluq və digər faktlardır.
Psixoloq Könül Vaqifqızı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, boşanmaların artması səbəblərindən biri cütlüklərin bir-birini tanımadan ailə qurmasıdır: "Bu gün gənclər, sadəcə, ailə qurmaq adı üçün bu addımı atır. Qız və ya onun ailəsi düşünür ki, kim olur-olsun, yetər ki, onun qızı ərə getsin. Belə bir fikir formalaşıb ki, oğlanın evi və ya az miqdarda gəliri varsa, ailə qızını o şəxsə verməyə hazırdır. Hazırda insanları ancaq maddiyyat düşündürür. Ailə quracaq gənclərin bir-birini başa düşməsini, onların necə yola gedəcəyini fikirləşmirlər.
Bu cür evliliklərin son yolu əksərən məhkəmədən keçir. Çünki onlar bir-birini tanımadan evlənir, sırf ailələri istədi deyə. Və sonda bu cür nikah ayrılıqla bitir".
Həmsöhbətimizin sözlərinə görə, bu gün ailə quran bəzi cütlüklər, sadəcə, toya qədər olan prosesi fikirləşir, sanki ondan sonrakı proses ailə həyatına daxil deyil. Ailənin ilk illərində adaptasiya dövrü yaşanır. Evliliyə qədərki müddətdə bəzi xüsusiyyətləri gizlətmək mümkündür, lakin ilk üç ildə münasibətlərin görünməyən tərəfləri də ortaya çıxır. Evliliyin 3-cü və 7-ci ili böhran dövrü hesab olunur və burada ailə institutlarının rolu əhəmiyyətlidir. Boşanmalara təsir edən əsas faktorlardan biri də müasir ailələrdə uşağın sayının az olmasıdır. Hazırda bizim ailələrdə ən çoxu 2 və ya 3 uşaq olur.
K.Vaqifqızı onu da qeyd etdi ki, boşanmaların digər səbəblərindən biri də qızların ailə qurandan sonra yaşadıqları hər bir çətinlik barəsində anasına və ya öz doğmasına xəbər verməsidir: "Məsələn, qadının əri evə gec gəlir, ona diqqət göstərmir və digər hallar yaşananda qız bu halları anasına xəbər verir. Təbii ki, o da ana olduğu üçün, qızının yaşadığı çətinliyə dözməyərək onun ayrılmasının vacib olduğunu deyir".
Psixoloqun sözlərinə görə, son zamanlar Azərbaycan ailəsinin bir qismi möhkəm deyil: "Çünki, gülməli olsa da, bu gün kişilər elə bil cılızlaşıb, ailəni idarə etmək və saxlamaq bacarığı azalıb. Mən qadınların öz hüquqlarını bilməsi və cəmiyyətdə rolunun get-gedə artmasını müsbət, kişilərin isə doğrudan da cılızlaşmasının mənfi bir hal olduğun deyərdim. Boşanma mənfi hal kimi qəbul olunmamalıdır. Boşanma bəzən böyük faciələrdən çıxış yoludur. O pis olsa, ona nə din, nə də qanun yol verməzdi. Bəzən bütün ömrü boyu zorakılığa məruz qalmaqdansa və buna dözüm göstərməkdənsə, boşanma daha yaxşıdır. Amma bunun bəzən mentalitetə uyğun olmadığı bildirilir. Belə ki, cəmiyyətdə uzun müddət belə bir fikir yaranıb ki, qız ərə gedibsə, həmin evdən ancaq meyiti çıxa bilər, amma bu fikir o qədər də düzgün deyil. İki nəfərin bir yerdə yaşaması mümkün deyilsə, çıxış yolu boşanmadır".
K.Vaqifqızı hesab edir ki, problemin qarşısının alınması yollarından biri də boşanma ilə bağlı prosedurların çətinləşdirilməsidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi