Vergi uçotunun aparılmasına dair yeni qaydalar hazırlanıb - Nazirlik rəsmisi

img

19-04-2017 [11:45]


"Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə - pərakəndə ticarət, ictimai iaşə, istehsal və topdansatış və xidmət sahəsində uçotun aparılmasına dair qaydalar hazırlanıb". 

Bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev "Caspian European Club"un təşkilatçılığı ilə keçirilən biznes forumda bildirib.
 
Onun sözlərinə görə, yaxın vaxtlarda bu qaydalar təsdiq ediləcək: 

"Bu qaydalar mühasibat uçotu ilə bağlı deyil. Bu qaydalar vergi uçotunun aparılması zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş iş və xidmətin hansı sənədlə rəsmiləşdirilməli olduğunu dəqiq bilməsi üçün hazırlanıb. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər hazırlanıb. Bu qaydaların bu həftə ərzində təsdiq edilməsi gözlənilir".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA