19-04-2017 [10:14]
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bunun yaxşı hal olmadığını deyib: "Naxçıvan blokadada yerləşən zonadır. Ona görə də bu zavodun inkişaf etdirilməsi və satışın təşkil edilməsi çox vacibdir. Məhz bu səbəbdəndir ki, cənab prezident bu avtomobillərin istehsalı və inkişafı üçün göstəriş verdi. Məndə olan məlumata görə, bir sıra nazirliklər bu zavodun istehsalı olan avtomobillərdən aldı. Amma görünür bu müvəqqəti xarakter daşıdı və daimi olmadı. İnsanlar yenidən xaricdən avtomobil almağa başladılar. Deyilənə görə avtomobillərin keyfiyyəti pis deyil. Mən şəxsən "Naz-lifan” avtomobilini nə görmüşəm, nə almışam”.
V.Əhmədov zavodda satış olmadığına görə istehsalın dayandığını bildirib: "Sifariş olmalıdır ki, istehsal da həyata keçirilsin. Mənim fikrimcə, İqtisadiyyat Nazirliyi bu zavoda diqqət göstərməlidir. Hər halda zavod adi zavod deyil. Vəsait sərf olunub, tikilib, ərsəyə gəlib.
Belə müəssisələrdə kooperasiya çox böyük rol oynayır. Zavod keçən müddət ərzində yavaş-yavaş avtomobil hissələrinin istehsalına başlamalı idi. Yəni avtomobil hissələrini xaricdən gətirib burada yığmaq problem deyil ki... Sovet dövründə kooperasiya sistemi belə qurulmuşdu ki, bir zavod bir hissəni, digəri başqa hissəni istehsal edirdi. Naxçıvan Avtomobil Zavodu da belə etməli idi. Xaricdən asılılığı azaltmaq üçün istehsala başlamalı idi. Yoxsa bütün hissələr xaricdən gətirilib burda yığılırsa və satılırsa, əvvəla onun maya dəyəri ancaq başa gəlir, gəlirliliyi aşağı olur. Görünür zavodda bu işlər görülməyib. Çünki bu 1 il ərzində heç olmasa avtomobilin 10 faizini istehsal etməli idilər. Yoxsa gətir, yığ, sat, bu, istehsal deyil. Bu inkişaf deyil”.
Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.
Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan 720”, "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.
"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi