Yay məktəbinin iztirakçıları Aynur Sofiyeva ilə görüzdü

img

02-07-2010 [03:31]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİSEF-in birgə təşkilatcılığı ilə ?Sağlam düşün,Sağlam yaşa, Sağlam ol? layihəsi cərcivəsində Quba şəhərində yerləşən ?Quba Olimpiya Kompleksi?ndə təşkil edilən yay məktəbi öz işini davam etdirir. Dünən məktəblilərin müxtəlif mövzularda cəkdikləri 1 dəqiqəlik spot filmlərin təqdimatı olub. Məlumat ücün bildirək ki, bu filmlər ?Media? qrupunun üzvlərinin-Nərgiz Zeynalova, Rüfət Dərgahlı, Ruslan Ağayev, Toğrul Nəsibov, Gülmaya Bələdova, Ramilə Cəfiyeva, Kamran Hüseynov, Mirməhəmməd Ağayev, Elvin Mirzəyevin, Rəhimə İsgəndərova, Tamara Hüseynova, Rəmşad Mehdiyev, Mehriban Muradovanın əməyinin məhsuludur və filmlərin idyesı da onlara məxsusdur. Filmlərdə sağlamlıq, ekologiya, erkən nigah, təhsil, sosial ədalətsizlik, ayrı seckilik problemləri, əlil uşaqlara fərqli münasibətlə bağlı məsələlərə toxunulur. Bu filmlər UNİSEF-in saytında yerləşdiriləcək, eyni zamanda təşkilatın arxivində saxlanılacaq. Bundan başqa bəyənilən filmlər UNİSEF-in kecirdiyi xüsusi müsabiqədə iştirak etmək imkanı qazanacaq. Filmlərin nümayişindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, millət vəkili Aynur Sofiyeva yay məktəbi iştirakcılarının suallarını cavablandırıb. Sualara cavab verən millət vəkili görülən və görüləcək işlər, komitənin iş sturukturu barədə məlumat verib, kimsəsiz uşaqların ailələrə verilməsi mexanizmdən danışıb. Günün sonunda yay məktəbi iştirakcılarına Gənclər Təşkilatları Milli Şurasının fəaliyyəti və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA