18-04-2017 [18:52]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb.
Mia.az xəbər verir ki, Pyotr Qlıboçkonu salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışdı, filialin yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu deyib.
Son illərdə ölkəmizin səhiyyə sistemində mühüm işlərin görüldüyünü, bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, indi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır.
Mehriban Əliyeva bu baxımdan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətinə toxundu və burada təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfələr verəcəyinə əminliyini ifadə edib.
"Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir”, - deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizdə bu sahələrə göstərilən dövlət qayğısını vurğulayıb.
Bu gün Azərbaycanda dünyanın aparıcı ali təhsil ocaqlarının filiallarının fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlərin olduğunu bildirib..
Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnun olduğunu vurğulayaraq, bu ali təhsil ocağının Bakı filialının fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirib.
Universitetin nüfuzlu professor və müəllim heyətinin Bakıdakı filialda tələbələrə dərs keçdiyini deyən Pyotr Qlıboçko filialda olduğunu, tələbələrlə görüşdüyünü və onların burada təhsil almaqdan məmnun qaldıqlarını diqqətə çatdırıb.
Rektor bildirib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının çox müasir maddi-texniki bazası var. Pyotr Qlıboçko filialda III kursdan VI kursadək təhsil alan tələbələrin universitetdə strukturlaşmış imtahan verəcəklərini və bunun tələbələrin peşəkarlığının artırılması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Sonda qonaq Birinci vitse-prezident xanım Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi