Avropa İttifaqı 70 QHT-yə 90 milyon avro ayırıb - Açıqlama

img

18-04-2017 [12:34]


"Avropa İttifaqı 2007-ci ildən bəri Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro ayırıb".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard "Azərbaycan Respublikasının QHT-lər haqqında qanunvericiliyi və onun Avropa standartlarına uyğun hala gətirilməsi" mövzusundakı konfransda deyib.

Onun sözlərinə görə, bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması, jurnalistlər və sosial strukturların əməkdaşlarına treninqlərin keçirilməsi kimi müxtəlif layihələr üçün ayrılıb. O, Aİ-nin bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu əlavə edib.

Səfir Aİ-nin təhsil və məşğulluq kimi layihələr üçün 10,5 milyon avro dəyərində maliyyə xətti açdığını bildirib: "Bu layihələr Azərbaycanın vətəndaş cəmiyyətinin xeyrinədir".

M.Mard əməkdaşlığa görə Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və Milli Məclisə təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA