Azərbaycanda daha bir bank ləğv olunur - Başqa banka birləşdiriləcək

img

18-04-2017 [11:38]


"Atabank" və "Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, "CDB"-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək "Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, "Atabank” və "CDB” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA