Tovuz Rayon Təhsil Şöbəsi: "O məktəbdə belə bir hadisə baş verməyib"

img

18-04-2017 [10:51]


Tovuz Rayon Təhsil Şöbəsi müəllimin şagirdi dərs prosesində döyməsi ilə bağlı yayılan görüntüyə aydınlıq gətirib.

Təhsil Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hazırda bununla bağlı iclas keçirilir:

"Məsələ hüqüq müstəvisində araşdırılır. İzahatlar alınır. O məlumatın bizə aidiyyatı yoxdur. O məktəbdə belə bir hadisə baş verməyib. Nə məktəb odur, nə də müəllim. Kimsə bunu bilərəkdən edib”.

Təhsil şöbəsindən onu da əlavə ediblər ki, sözü gedən vdeonu məktəbin adından çəkib yayanlar məhkəməyə veriləcək.

Xatırladaq ki, Tovuzun Qalaboynu kəndində müəllimin dərs zamanı şagirdi döyməsi telefonla çəkilib. Şagirdlərə qarşı zorakılıq edən isə həmin məktəbin hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov olduğu iddia edilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA