Ziya Məmmədov bütün əmlakını satışa çıxarır - Yeni iddia

img

18-04-2017 [09:56]


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir. 

Mia.az xəbər verir ki, bu haqda "Yeni Müsavat” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib.

Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var-dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeyd edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olunub.

Bundan sonra medianın sualına cavab verən Z. Məmmədov "daha sıravi vətəndaşam, dincəlirəm” demişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA