Havalar kəskin istiləzir, gələn həftə 42 dərəcə isti olacaq

img

02-07-2010 [01:39]


Bakıda və Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gündüz 30-34?, axşam 24-27 ?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? olacaq. İyulun 3-də az buludlu, yağmursuz hava olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 32-35?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti təşkil edəcək. İyulun 4-də havanın günəşli olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25?, gündüz 35-38? təşkil edəcək. İyulun 5-də şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25?, gündüz 35-38?, bəzi yerlərdə 40? olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şimal-sərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 34-39?, dağlarda gecə 13-18?, gündüz 26-31? isti olacaq. İyulun 4-5-də hanın əsasən yağmursuz keşəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26?, gündüz 35-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 13-18?, gündüz 28-33? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA