Büdcəsi 179 mln. manatlıq profisitlə icra olunub - Rəsmi

img

17-04-2017 [19:28]


Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2370,5 mln. manat, xərcləri 2191,7 mln. manat olub, büdcənin profilini (178,8 mln. manat) ümumi daxili məhsulun 1,8%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daxilolmaların 19,4%-i əlavə dəyər vergisi, 13,0%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,6%-i fiziki şəxslərin gəlir vergisi, 4,7%-i aksizlər, 10,8%-i digər vergilər, 46,5%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 28,6%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 18,1%-i sosial müdafiə və sosial təminat, 14,8%-i ümumi dövlət xidmətləri, 10,3%-i təhsil və səhiyyə sahələrinin, 28,2%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA