AMEA prezidenti doktorantlarla görüşüb, müzakirə aparıb - FOTO

img

17-04-2017 [18:50]


Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Kimya Elmləri Bölməsinin doktorantları ilə görüşüb. Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

Bu barədə Mia.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.

 Sonda dissertasiya mövzuları təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA