Riyaziyyat və Mexanika İnstitutunda iki nəfər fəlsəfə doktoru elmi dərəcəsi aldı - Açıqlama

img

17-04-2017 [18:32]


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Nargül Kamandar qızı Qurbanova və  Nazilə Lətif qızı Muradova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi  almaq üçün  dissertasiya işi müdafiə ediblər.

İnstitutdan Mia.az-a verilən məlumata görə, Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Nargül Qurbanovanın "Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisası üzrə və Nazilə Muradovanın "Hilbert fəzasında bəzi qeyri-tipik operator-diferensial tənliklərin korrekt həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların müdafiəsi  keçirilib.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA