17-04-2017 [17:40]
Xəbər verdiyimiz kimi, iki gün əvvəl prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb.
Buna səbəb həmin ərazidə tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və yaşıllığın tamamilə məhv edilməsidir. Nəticədə yaşıllığı məhv edən şirkət 130 min manat məbləğində cərimələnib.
Prezidentin sərt reaksiyasından sonra "Böyük plaza” adlanan yaşayış və ticarət mərkəzinin tikintisinin aparılmasına qadağa qoyulub.
Maraqlıdır ki, yayılan xəbərlərdə tikinti şirkətinin qaydaları pozduğu bildirilsə də, ancaq ictimaiyyətə hansı tikinti şirkətindən söhbət getdiyi məlum deyildi. Layihənin də adından göründüyü kimi, bu, sıradan bir tikinti şirkətinin həyata keçirəcəyi proyekt deyil. Xüsusilə, mətbuatın yazdığına əsasən, həmin plaza deputatlar üçün inşa edilirmiş. Bu faktlara söykənərək layihəni kifayət qədər maliyyə tutumlu layihə hesab etmək olar.
Mia.az xəbər verir ki, "Qafqazinfo” məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.
Məlum olub ki, tikintini həyata keçirəcək şirkət "A-3 Sənaye Tikinti Korporasiyası” MMC-dir.
Bu MMC haqqında internetdə heç bir informasiyaya rast gəlinməsə də, onun arxasında böyük bir oliqarx məmur dayanır.
Əldə etdiyimiz məlumata görə, sözügedən MMC Maliyyə naziri Samir Şərifovun birbaşa şəxsi şirkətidir.
Bu məqamda maraqlı bir məsələ ortaya çıxır ki, şirkətin arxasında S.Şərifov dayanmasına baxmayaraq bu, onun şirkətinin cəzalandırılmasına mane ola bilməyib. Belə ki, dövlət başçısının sərt mövqeyi ən yüksək oliqarx məmurun da şirkətinə təsir edib.
Bu arada qeyd edək ki, S.Şərifovun fəaliyyəti ilə bağlı ilginc informasiyalar əldə etmişik.
Məlumatlara görə, nazirin fəaliyyəti Beynəlxalq Bank və "Azər-Türk Bank” olayından sonra heç də ürəkaçan deyil və nəzarət altına götürülüb.
Məlum olduğu kimi, Beynəlxalq Bank olayında Azərbaycan dövləti maliyyə xəyanəti ilə üzləşmişdi. Nəticədə Cahangir Hacıyev vəzifəsindən azad olunmuşdu və bir müddətdən sonra da həbs edilmişdi. Ondan sonra Samir Şərifov fürsət taparaq öz kadrı olan Elmar Məmmədovu bankın rəhbərliyinə gətirsə də, o, Cahangir Hacıyevdən daha betər üsullara əl ataraq "qara bazar”ın yaranmasına və dolların süni bahalaşmasına səbəb olmuşdu.
Nəticədə E. Məmmədov da bank sistemindən qovuldu.

Bu cür maliyyə maxinasiyalarının arxasında Samir Şərifovun olduğu üzə çıxdı. Və beləliklə, bu hadisələr nazirin özünün fəaliyyətinin nəzarətə götürülməsi ilə nəticələnib. Beynəlxalq Bank olayından sonra Maliyyə Nazirliyində xüsusi qurumlar tərəfindən yoxlamalar həyata keçirilib və böyük məbləğlərdə pozuntular aşkarlanıb.
Məlumatlar aktlaşdırılaraq ölkə rəhbərliyinə məruzə edilib. Məhz bundan sonra S. Şərifovun böyük bir ehtimalla Ziya Məmmədovun taleyini yaşayacağı gözlənilir.
Sonda onu da xatırladaq ki, Azərbaycanda yüksək strateji postlar həvalə olunmuş məmurların xəyanəti, ölkənin imicinə xələl gətirən və kütləvi pozuntularla müşayiət olunan və maliyyə riskləri yaradan fəaliyyətlər bağışlanılmır. Bu cür məmurlar zaman- zaman sərt şəkildə cəzalandırılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi