17-04-2017 [15:34]
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İHİF-in (İslam Həmrəyliyi İdman Federasiyası)bütün 57 üzv ölkəsinin idmançıları mübarizə aparacaqlar.
Bu barədə Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) məlumat verilib.
Haqqında danışılan elan İHİF və AİHOƏK tərəfindən bütün tərəflərlə əldə olunan razılaşmaya əsasən Küveyt idmançılarının İHİF-in bayrağı altında Müstəqil İslam Həmrəyliyi oyunlarının idmançıları olaraq iştirak hüququnun əldə edilməsindən sonra diqqətə çatdırılır.
Razılığa əsasən yalnız idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İdmançıların iştirakının təşkili məsələlərinin həlli və hərtərəfli təmin olunmaları məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub.
İHİF-in Baş Katibi H. E. Faysal Əbdüləziz Əl-Nassar bu elanla əlaqədar bildirib: "İslam Həmrəyliyi Oyunları birlik və sülh ruhunu özündə yaşadan çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. Əminik ki, islam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək.”
"Buna görə də, İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk".
Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi oyunlarında iştirak üçün dörd qitədən 5000-ə qədər idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar atletika və cüdo üzrə iki para-idman növü daxil olmaqla 20 idman növü üzrə 270 medal uğrunda mübarizə aparacaq.
Oyunlar müvafiq olaraq 12 və 22 may tarixlərində keçiriləcək Açılış və Bağlanış Mərasimlərinə ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu daxil olmaqla şəhərdə yerləşən 16 müasir yarış obyektində keçiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi