Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları ilə balı hərrac olacaq - Sabah

img

17-04-2017 [14:50]


Sabah Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Mia.az-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 60 milyon və 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 və 182 gün, ödəmə tarixi oktyabrın 17-si və 2018-ci il aprelin 17-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA