?Bakıelektrikzəbəkə? iyulun 5-də borclu abonentlərin izığını kəsəcək

img

02-07-2010 [12:20]


?Bakıelektrikşəbəkə? ASC iyulun 5-i saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandıracaq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. ?Bakıelektrikşəbəkə? ASC bağ mövsümü ilə əlaqədar bağ evlərinə köçən abonentlərin şəhərdə yaşadıqları mənzillərə görə yaranmış borclarını da ödəmələrini də tələb edib. Səhmdar cəmiyyətindən o da bildirilib ki, artıq belə mənzillərə xəbərdarlıq edilib və bəzilərində hətta son bir neçə ay ərzində bir manatda olsun ödəniş həyata keçirilməyib. Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin səhmdar cəmiyyətinin internet saytı (www.bes.az) vasitəsilə ?onlayn? rejimdə həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA