Deputat: "Qərbi Azərbaycan və Mazandarandakı təbii fəlakət məni sarsıtdı"

img

16-04-2017 [23:58]


"Qonşu İran İslam Respublikasının Qərbi Azərbaycan və Mazandaran əyalətlərində güclü yağışlar nəticəsində insan tələfatı ilə müşaiyyət olunan təbii fəlakət məni də sarsıtdı".

Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkilli Əflatun Amaşov "Feysbuk"dakı səhifəsində yazıb.

O, daşqın nəticəsində həyatını itirmiş şəxslərə Uca Tanrıdan rəhmət diləyib, yaralananlara tezliklə sağalmalarını, yaxınları, əzizləri, doğmaları itkin düşənlərin bir-birinə qovuşmalarını arzulayıb:

"Elm və texnikanın yüksək inkişaf etdiyi, ilk baxışdan hər şeyin insanın öz əlində olduğunu müasir dövrdə bəşər övladının da qarşısında çarəsiz olduğu hadisələr var. Bu hadisələr dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq kəskin üzüntü və təəssüf hissi doğurur. Lakin bu da bir reallıqdır ki, böyük fəlakətlər xalqı, milləti birləşdirir, bütövləşdirir.

Əminəm ki, İran xalqı üzləşdiyi sınaqdan möhkəm çıxacaq. Bu xalqın hər bir nümayəndəsinə səbr, dözüm və iradə arzulayıram.

Allah insanı, insanlığı qorusun!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA