Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanı iyulun 4-ü bazlayır

img

02-07-2010 [12:10]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 4-ü 3-cü ixtisas qrupu üzrə imtahan keçirəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2010-cu ildə 3 qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Onun sözlərinə görə, ən yaşlı abituriyent 1939-cu ildən, ən gənc isə 1995-ci ildəndir. Məleykə Abbaszadə bildirib ki, TQDK orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu elan edir. Ərizə qəbulu internet vasitəsi ilə iyulun 8 ?dən avustun 10-dək aparılır. M.Abbaszadə onu da vurğulayıb ki, 3-cü qrup abituriyentlər Bakı, Naxçıvan və Sumqayıtda imtahan verəcəklər. Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda isə 1-ci qrup imtahanları keçiriləcək. İmtahanın nəticələri iki gün ərzində hazırlanıb abituriyent jurnalı vasitəsi ilə təqdim ediləcək. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA