16-04-2017 [21:40]
Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar bu gün keçirilən referendumda səsvermə artıq başa çatıb.
Mia.az xəbər verir ki, bu dəqiqələrə qədər ölkə üzrə seçki məntəqələrində səslərin 100 faizə yaxını sayılıb.
Hazırda səsvermənin davam edən nəticələrinə görə, türklərin 51,4 faizi dəyişikliklərə "Hə", 48,6 faizi isə "Yox" deyib.
AKP ölkənin 30 böyük şəhərinin 14-də qalib gəlib. 16 böyük şəhərdə isə məğlub olub. Ankara və İstanbul kimi Türkiyə siyasətinə yön verən şəhərlərdə AKP az fərqlə uduzub. AKP iqtidarının daha çox səs gözlədiyi İstanbulda seçicilərin 48.2 faiz dəyişiklikllərə "hə", 51.8 faiz isə "Yox" deyib...
Diyarbəkir, Ağrı, İzmir, Adana kimi şəhərlərdə də "Yox" səsi çoxluq qazanıb. Konya əhalisinin isə 74 faizə yaxını dəyişikliyə "yox" deməklə, böyük şəhərlər arasında rekord vurublar...
Ümumilikdə Türkiyə üzrə 48 şəhərdə seçicilər "hə", 33 şəhərdə "yox" cavabı verməklə, gözlənilməz nəticələrə imza atıblar.
Yekun olaraq, qeyd edək ki, hazırkı nəticələrə görə, Prezident Ərdoğanın istədiyi dəyişiklik paketi qəbul olunub. Hazırda Türkiyənin böyük şəhərlərində milyonlarla AKP üzvləri və tərəfdarları meydanlara çıxaraq, qələbəni bayram etməyə başlayıblar.
Qələbə münasibətlə Prezident Ərdoğan xalqı təbrik edib və "xeyirli olsun" deyib.
Seçkinin nəticəsi tam yekunlaşdıqdan sonra isə Ərdoğanın canlı efirdə xalqa müraciət edəcəyi açıqlanıb.
Baş nazir Binəli Yıldırım da açıqlama verərək, xalqı təbrik edib və yeni sistemin Türkiyə üçün uğurlu olacağını bildirib.
MHP lideri Dövlət Bahçeli də yazılı açıqlama yayaraq, xalqı təbrik edib. Bildirib ki, bu qələbə böyük uğurdur: "Türk xalqı istiqlal və sabitliyinə sahib çıxmışdır".
Onu da qeyd edək ki, seçki təbliğatı zamanı Almaniya, Avstriya və Hollandiyada yaşayan türklərlə görüşlərdə ciddi siyasi böhranla üzləşən AKP hökuməti bu ölkələrdə səslərin böyük əksəriyyətini qazanıblar. Belə ki, Almaniyada yaşayan türklərin təxminən 76, Hollandiyadakı türklərin isə 72 faizi dəyişikliklərə "hə" deyib.
Fransa, İtaliya, ABŞ, Azərbaycan və Qazaxıstanda yaşayan türklər isə dəyişikliyə "yox" deyib.
Xatırladaq ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi