Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində

img

16-04-2017 [14:46]


İranda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

Mia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Sərgi ilə tanışlıqdan sonra Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA