Zakir Həsənov Tehranda mesaj verdi: "Sərhədlərin sabitliyinin pozulmasına icazə verməyəcəyik"

img

16-04-2017 [13:22]


"İran Azərbaycanla dost və qardaş ölkədir. Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”.

Bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanla görüşdə bildirib.

Z. Həsənov deyib ki, iki ölkə rəhbərliyinin son görüşləri bu əməkdaşlıq üçün lazımi şərait yaranıb: "Azərbaycan iki ölkənin sərhədlərinin təhlükəsizliyinin təmininə önəm verir və bu sərhədlərin sabitliyinin pozulmasına icazə verməyəcəyik”.

Z. Həsənov İran Silahlı Qüvvələr günü münasibətilə iranlı həmkarını təbrik edib və bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyə nail olmağın zəruriliyini vurğulayıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA