15-04-2017 [22:28]
Sumqayıt şəhər Əli Kərim adına Poeziya Klubunda jurnalist Aida Eyvazlı Göytürkün "Qalibiyyət- şahidlər və şəhidlər”, "Samir, Nazim, Elşən!” kitablarının təqdimatı keçirilib.
Poeziya Klubunun mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib və ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı bildirib ki, təqdimatı keçirilən kitablar ötən ilin aprel ayında vətən torpaqlarını mənfur düşməndən azad edən qəhrəmanlarımızın şücaətindən bəhs edir. O, kitabın şəhidlərimizin bir qəhrəman kimi tarixdə yaşamasına bələdçi olacağını söyləyib.
Əməkdar Jurnalist Rəhman Orxan qeyd edib ki, həmkarı Aida Eyvazlı heç bir təmənna güdmədən aprel döyüşlərində şəhid olan əsgərlərin evlərini kəndbəkənd gəzərək, onların həyatlarını nağıl kimi qələmə alıb. O, şəhidlərin ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən, qəlbinin süzgəcindən keçirərək vətən oğullarının qəhrəmanlıq tarixini yazıb.
"Şəhid adı, qazi adı hər zaman müqəddəsdir”,- deyən Milli Məclisin deputatı Muxtar Babayev vətən torpağını qoruyaraq, azad etdikləri səngərlərdə şəhadətə yetişən şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də vətən şəhidlərinin adının belə bir nəfis kitabda əbədiləşdirilməsinin zəfər tariximizə yazıldığını qeyd edib.
Tanınmış yazıçı Varis vətənimizin haqq savaşına başladığı gündən sumqayıtlı yazarların hər zaman fərqləndiyini, jurnalist Rəhman Orxanın, Eyruz Məmmədovun da Qarabağ həqiqətlərini daim diqqət mərkəzində saxladıqlarını və bu sıraya Aida Eyvazlı imzasının da qoşulduğunu söyləyib.
Tədbirdə aprel şəhidlərimizin ailə üzvləri də iştirak ediblər. Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün Aida Eyvazlıya minnətdarlığını bildirib.
Sonda çıxış edən Aida Eyvazlı Göytürk şəhid analarının, şəhid ailələrinin qarşısında baş əyərək, Vətənimizə qalibiyyət şərbətini dadızdıran qəhrəmanlarımızın həyatını qələmə aldığından qürur duyduğunu deyib. Qeyd edib ki, "Qalibiyyət – şahidlər və şəhidlər” kitabının ikinci cildi də bu ilin sonunadək işıq üzü görəcək(azərtac).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi